"Fiorentina"nın hücumçusu Moise Kin karyerasını başqa klubda davam etdirə bilər.
Operativ Media xəbər verir ki, bu barədə "Sky Sport Italia" məlumat yayıb.
Mənbənin məlumatına görə, 25 yaşlı italiyalı ilə “Əl-Qadisiya” maraqlanır. Səudiyyə Ərəbistanı klubu futbolçuya illik 15 milyon avro maaş təklif etməklə yanaşı, “bənövşəyilər”ə 52 milyon avro ödəməyə hazırdır. Daha əvvəl Kin ilə "Mançester Yunayted"in maraqlandığı bildirilirdi.
Kin ötən mövsüm 44 oyun keçirib, 25 qol vurub və 3 məhsuldar ötürmə edib.
"Transfermarkt" futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.