Amerikalı özəl investorlar qrupuna rəhbərlik edən “Real”ın sabiq futbolçusu Qaret Beyl ötən mövsüm İngiltərə Çempionşipində çıxış etmiş Uels klubu “Kardiff”i almaq istəyini təsdiqləyib.
Msport.az xəbər verir ki, Beyl bununla bağlı açıqlama verib.
“Biz həqiqətən “Kardiff”i almaqda maraqlıyıq. Bu, mənim doğma klubumdur, orada böyümüşəm, əmim də vaxtilə onun üçün oynayıb. Klub sahibləri qrupunun bir hissəsi olmaq əsl xəyal olardı. Bu klub mənim qəlbimdədir. Mən Kardiffdə böyümüşəm və klubun inkişafında və onu Premyer Liqaya qaytarmaqda iştirak etmək istərdim, onun yeri oradır. “Kardiff”in və Uelsin necə heyrətamiz azarkeşlərə sahib olduğunu bilirəm. Birlikdə nəsə etmək əla olardı”, – deyə Beyl bildirib.
Qeyd edək ki, “Kardiff” ötən mövsümün nəticələrinə görə Çempionşipdən düşüb.