AZ

Balotelli İtaliyada komandasını dəyişəcək

İtaliya millisinin sabiq forvardı Mario Balotelli yenidən A seriyasında oynaya bilər.

Sportal.az “Fanta Calcioc”ya istinadən xəbər verir ki, təcrübəli hücumçu “Kremoneze”nin maraq dairəsindədir.

İtaliya klubu 34 yaşlı hücumçu üçün hərəkətə keçib. Ötən mövsüm “Cenoa”nın heyətində cəmi 6 matçda meydana çıxan Mario qol vura bilməyib.

Onun Genuya təmsilçisi ilə müqavilə müddəti iyunun 30-da başa çatacaq.

Balotelli “Lumezzane”, “İnter”, “Mançester Siti”, “Milan”, “Liverpul”, “Nitsa”, “Marsel”, “Breşiya”, “Montsa”, “Adana Demirspor”, “Sion” klublarında çıxış edib.

saytlarin hazirlanmasi

Seçilən
16
1
sportal.az

2Mənbələr