AZ

Rusiya Sumı vurdu - ölənlər və yaralananlar var - FOTO

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın sərhədyanı Sumı vilayətini atəşə tutması nəticəsində üç nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə regionun polisi məlumat yayıb.

“Düşmən hücumu nəticəsində üç dinc sakin həlak olub. Onların arasında dağılmış evin qalıqları altından çıxarılmış 8 yaşlı oğlan da var. Daha altı nəfər, onlardan üçü uşaq olmaqla, müxtəlif dərəcəli xəsarətlər alıb. Bütün yaralılar xəstəxanaya yerləşdirilib, onlara lazımi yardım göstərilir”, – polisin teleqram kanalında bildirilib.

Qeyd olunub ki, Rusiya ordusunun zərbəsi nəticəsində həmçinin 30 yaşayış evi və dörd avtomobilə ziyan dəyib. Bundan başqa, hadisə yerində yanğın da başlayıb.

222
Seçilən
3
4
redaktor.az

5Mənbələr