Türkiyənin Adana şəhərinin Sayımbəyli rayonunda 4,5 maqnitudalı zəlzələ baş verib.
Operativ Media xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi internet saytında məlumat paylaşılıb.
Məlumata görə, yerli vaxtla saat 07:09-da episentri Adananın Sayımbəyli rayonu olan 4,5 maqnitudalı yeraltı təkan qeydə alınıb.
Zəlzələnin 6,96 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Yeraltı təkanlar ətraf vilayətlərdə də hiss olunub.