Qətər hakimiyyəti vətəndaşların, sakinlərin və ziyarətçilərin təhlükəsizliyini təmin etmək üçün ölkənin hava məkanını müvəqqəti bağlayır.
Vətəninfo.az-ın “TASS”a istinadən verdiyi xəbərə görə , bu barədə Qətər Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.”Qətər Dövlətinin öz vətəndaşlarının, sakinlərinin və ziyarətçilərinin təhlükəsizliyini təmin etmək öhdəliyinin bir hissəsi olaraq, səlahiyyətli orqanlar ölkənin hava məkanında nəqliyyatın hərəkətinin müvəqqəti dayandırıldığını elan edir. Bu, regionda baş verən hadisələrə cavab olaraq görülən bir sıra ehtiyat tədbirlərinin bir hissəsidir”, – məlumatda deyilir.