AZ

ABŞ-da göydən düşən sirli obyekt sakinləri şok etdi - FOTO

ABŞ-ın İndianapolis şəhərində göydən düşən sirli günbəz yerli sakinləri təəccübləndirib.

Publika.az "UPI"yə istinadən xəbər verir ki, hadisə şəhərdə həyatı iflic edən güclü fırtınadan sonra baş verib. Belə ki, yerli sakinlər küçədə qeyri-adi, böyük günbəz formalı obyekt aşkar ediblər.

Bu qəribə obyekt tez bir zamanda yoldan keçənlərin və sürücülərin diqqətini çəkib.

Yerli əhali günbəzin peyk antennalarını və digər avadanlıqları pis hava şəraitindən qorumaq üçün istifadə edilən konstruksiya olduğunu ehtimal edib. Çox keçmədən məlum olub ki, həmin obyekt yaxınlıqdakı keçmiş "Raytheon" müəssisəsinin ərazisində yerləşən "V2X Technology" adlı şirkətə məxsusdur. Şirkətin əməkdaşları da bu məlumatı təsdiqləyiblər. Onların sözlərinə görə, günbəz şirkətin antenalarından biri üçün qoruyucu funksiyanı yerinə yetirib.

Bununla belə, nə şirkətin nümayəndələri, nə də şəhər rəhbərliyi fırtınanın nəhəng strukturu quraşdırıldığı yerdən birbaşa qonşu küçəyə necə apardığını izah edə bilməyib.

Seçilən
6
publika.az

1Mənbələr