İran İsrailə raket hücumu həyata keçirib.
Musavat.com "Reuters" agentliyinə istinadən xəbər verir ki, Tel-Əviv üzərində partlayış səslərinin eşidildiyini bildirir.
N12 telekanalının məlumatına görə, İran raketi İsrailin cənubunda yerləşən Beer-Şeva şəhərində çoxmərtəbəli binaya düşüb.
Hadisə nəticəsində azı 3 nəfərin həlak olduğu bildirilir.
Sosial şəbəkələrdə güclü partlayış anının görüntüləri yayılıb.
Həmin görüntüləri təqdim edirik:
İqbal RZAYEV,
Musavat.com

