AZ

ABŞ İranın hücumlarına cavab verməyəcək

ABŞ prezidenti Donald Tramp İranın ABŞ bazalarına endirdiyi zərbələrə cavab verməyi planlaşdırmır.

Publika.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının rəsmisinə istinadən "CNN" məlumat yayıb.

Mənbə bildirib ki, Tramp ölkəni Yaxın Şərqdə münaqişəyə sürükləmək istəmir, ona görə də İranın Amerika bazalarına endirdiyi zərbələrə cavab verməyəcək.

Onun sözlərinə görə, ancaq lazım gələrsə, ABŞ lideri münaqişəni gərginləşdirməyə də hazırdır.

"Biz onların qisas alacaqlarını bilirdik. Onların reaksiyası Süleymanidən sonra verdikləri reaksiyaya bənzəyir", - ABŞ rəsmisi deyib.

Seçilən
3
2
publika.az

4Mənbələr