AZ

Sürücülük vəsiqəsi lazım olmayacaq: Yeni qaydalar


2025-ci il yanvarın 1-dən etibarən Rusiyada sürücülük vəsiqələri ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. 

News24.az xəbər verir ki, dəyişikliklər xaricdə verilmiş sürücülük vəsiqələrinə malik şəxsləri birbaşa əhatə edəcək və əcnəbi vətəndaşlar, həmçinin xaricdə sürücülük vəsiqəsi almış rusiyalılar üçün məcburi şərtlər tətbiq olunacaq.

Yeni qaydalara əsasən, aşağıdakı şəxslər 12 ay ərzində sürücülük vəsiqələrini Rusiya nümunəli vəsiqə ilə əvəz etməlidirlər:

Rusiya vətəndaşlığı, yaşayış icazəsi və ya müvəqqəti yaşayış hüququ olan əcnəbilər;

Uzun müddət xaricdə yaşayan və orada sürücülük vəsiqəsi almış Rusiya vətəndaşları.

Bu kateqoriyaya daxil olan şəxslər üçün bir illik müddət, 2024-cü il aprelin 1-dən sonra Rusiyaya ilk daxil olduqları tarixdən hesablanacaq. Əgər müəyyən olunmuş 12 aylıq müddət bitdikdən sonra şəxs avtomobili xarici vəsiqə ilə idarə etməyə davam edərsə, bu, inzibati xəta hesab olunacaq və aşağıdakı cəzalara səbəb ola bilər.


Seçilən
34
32
news24.az

10Mənbələr