Dövlət Qulluqçularının Peşə bayramı Günü münasibətilə Qusar rayonunda dövlət qulluqçularının iştirakı ilə tədbir keçirilib.
Qusar rayon İcra Hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, tədbir çərçivəsində ilk olaraq ümummilli lider Heydər Əliyevin Qusar şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət edilib. Abidənin önünə gül dəstələri düzülərək, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiram ifadə olunub.
Tədbir daha sonra Qusar Rayon İcra Hakimiyyətində davam etdirilib. Tədbiri giriş sözü ilə İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov açıb. Ardınca Qusar Rayon İcra Hakimiyyəti başçısının dövlət qulluqçularına ünvanladığı təbrik məktubu səsləndirilib.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Əliyulla Nəcərov Azərbaycanın uğurlu dövlət idarəçiliyi modelindən söz açıb. Həmçinin Qusar Rayon İcra Hakimiyyəti başçısının Piral inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramiz Butayev və Əcəxur inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qazıxan Səlimxanov çıxış ediblər.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.