AZ

Paytaxtın bu ərazisində 4 saat işıq olmayacaq

Yeni Ramana qəsəbəsinin Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisinə daxil olan hissəsində 24 iyun tarixində 6 kV-luq hava xəttində təmir işləri aparılacaq.

News24.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 09:00-dan saat 13:00-dək qəsəbənin Samir Əliyev və Mərkəzi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Seçilən
57
42
news24.az

10Mənbələr