AZ

“Christie s” hərracında yeni rekord Brilyant 13,98 milyona satıldı

ain.az, Yeniavaz saytına istinadən bildirir.

Cenevrədə “Christie's Magnificent Jewels” hərracında 10,38 karatlıq çəhrayı-bənövşəyi rəngli “Marie-Terèse Pink” brilliantı 13,98 milyon dollara satılıb.

Yeniavaz.com xəbər verir ki, hərracın başlanğıc qiyməti 7 milyon dollar olub.

Bildirilib ki, bu çəhrayı brilliant üçün rekord məbləğdir.

Brilyantın qoyulduğu zərgərlik məmulatı, əfsanəvi zərgər JAR-ın (Joel Artur Rosental) üzüyü də ustadın hərracda satılan ən bahalı işi kimi rekorda imza atıb.

Qeyd edək ki, hərracın digər ulduzu 1925-ci ildə çıxarılan 392,52 karatlıq nəhəng Seylon sapfiri “Blue Belle” olub. 2014-cü ildə bu daş 17,5 milyon dollara satılaraq artıq rekord vurub. Bu dəfə o, 11,3 milyon dollara satlıb..

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
yeniavaz.com

1Mənbələr