Türkiyə Milli Müdafiə Nazirliyi İranın ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücumu fonunda regiondakı qoşunlarında mənfi hal yaşanmadığını açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
“İran tərəfindən Qətər və İraqda yerləşən ABŞ bazalarına qarşı 23 iyunda həyata keçirilmiş raket hücumları ilə əlaqədar olaraq bölgədə yerləşən qoşunlarımızda mənfi hal baş verməyib”, – telekanal nazirliyin bəyanatını təqdim edib.