İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Bəşarat əl-Fəth” hərbi əməliyyatının başa çatdığını elan edib.
News24.az xəbər verir ki, bununla bağlı SEPAH rəsmi bəyanat yayıb.
Bildirilir ki, Qətərdəki Əl-Üdeyd aviabazasına güclü və dağıdıcı raket zərbəsi endirilib:
"Biz İranının düşmənlərinə xəbərdarlıq edirik - döyüş bitdi".
Qeyd edək ki, ABŞ-ın İrana zərbələrinə cavab olaraq, Tehran Amerikanın Yaxın Şərqdəki hərbi bazalarına raket zərbələri endirib.