AZ

"Liverpul"un futbolçusu Çempionşip klubu ilə müqavilə imzalayıb

İngiltərənin "Liverpul" kollektivinin futbolçusu Nataniel Fillips karyerasını "Vest Bromviç"in heyətində davam etdirəcək.

"Report" Çempionşip klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.

Karyerasının əksər illərini icarə əsasında müxtəlif klublarda keçirən 28 yaşlı oyunçu son olaraq Uels təmsilçisi "Kardiff"in heyətində çıxış edib.

Seçilən
13
2
report.az

3Mənbələr