ain.az, Azvision portalına istinadən məlumat verir.
AzVision.az xəbər verir ki, Tehran bunu Qətər və İraqdakı bazalarına qarşı həyata keçirir. Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Qətərdəki bazasına hücumla bağlı bəyanat yayıb. "Amerika Birləşmiş Ştatlarının cinayətkar rejiminin İran İslam Respublikasının dinc nüvə obyektlərinə qarşı açıq-aşkar hərbi təcavüzü və beynəlxalq hüququn kobud şəkildə pozulmasına cavab olaraq, Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə və “Xatəmül-Ənbiya” Mərkəzi Komandanlıq Qərargahının rəhbərliyi altında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qətərdəki Əl-Udeyd bazasına güclü raket zərbəsi endirib", - deyə bəyanatda bildirilib. Bazanın Hərbi Hava Qüvvələrinin qərargahı olduğu və ABŞ-nin Qərbi Asiyada ən böyük strateji aktivi olduğu qeyd edilib. "İran İslam Respublikası heç bir halda öz ərazi bütövlüyü, suverenliyi və milli təhlükəsizliyinə qarşı heç bir təcavüzü cavabsız qoymayacaq", - deyə bildirilib. AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.