Hazırda Bodrumda ailəsi ilə birgə istirahət edən Azərbaycan milli komandasının üzvü Mahir Emreli sabah yeni klubu ilə müqavilə bağlamaq üçün Almaniyaya yollanacaq.

Offsideplus.az xəbər verir ki, bunu Sağlam Radio 93FM-də yayımlanan "Offside" verilişində Ceyhun Rzayev açıqlayıb. Tanınmış aparıcı Mahir ilə telefon danışığının detallarını açıqlayıb. Belə ki, 28 yaşlı hücumçunun "Kayserslautern" ilə imzalayacağı müqavilənin hansı müddətdə olacağı hələ ki, dəqiq deyil. II Bundesliqa təmsilçisi 3 illik sözləşmə istəsə də, azərbaycanlı futbolçu daha qısa müddətin - bir ilin tərəfindədir. 

M.Emreli telefon danışığında qeyd edib ki, agentləri Bundesliqanın 4 klubu ilə danışıqlar aparıb. Mahiri istəyən Bundesliqa klublarından biri Mahir Emrelinin davamlılığı, 2-3 il ərzində Bundesliqada sabit çıxış edə bilib-bilməyəcəyi ilə maraqlanıblar.

Hücumçu Çempionşipdən 2 təklif alıb ki, bunlardan biri reallaşmağa yaxın olub. "Hannover" klubu da təklif göndərsə də, "Kayserslautern" futbolçuya daha uyğun seçim olub. Eyni zamanda bu klubun növbəti mövsüm liqada favorit olacağı proqnoz edilir.

Videonu təqdim edirik: