AZ

İranın ABŞ hərbi bazalarına qarşı əməliyyatı "Qələbə müjdəsi" adlandırıldı

Bakı. Trend:

İranın ABŞ hərbi bazalarına qarşı əməliyyatı "Qələbə müjdəsi"adlandırıb.

Trend xəbər verir ki, Tehran bunu Qətər və İraqdakı bazalarınaqarşı həyata keçirir.

Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ınQətərdəki bazasına hücumla bağlı bəyanat yayıb.

"Amerika Birləşmiş Ştatlarının cinayətkar rejiminin İran İslamRespublikasının dinc nüvə obyektlərinə qarşı açıq-aşkar hərbitəcavüzü və beynəlxalq hüququn kobud şəkildə pozulmasına cavabolaraq, Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə və“Xatəmül-Ənbiya” Mərkəzi Komandanlıq Qərargahının rəhbərliyialtında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) QətərdəkiƏl-Udeyd bazasına güclü raket zərbəsi endirib", - deyə bəyanatdabildirilib.

Bazanın Hərbi Hava Qüvvələrinin qərargahı olduğu və ABŞ-ninQərbi Asiyada ən böyük strateji aktivi olduğu qeyd edilib.

"İran İslam Respublikası heç bir halda öz ərazi bütövlüyü,suverenliyi və milli təhlükəsizliyinə qarşı heç bir təcavüzücavabsız qoymayacaq", - deyə bildirilib.

Seçilən
0
11
az.trend.az

10Mənbələr