Bakının Sabunçu rayonu ərazisində yanğın baş verib.
Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.
Bildirilib ki, Bakı Olimpiya Stadionunun yaxınlığındn keçərkən ətrafı qara tüstü bürüyüb.
Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, yanğın ərazidəki zibilxana yanıb.
Sabunçu rayonu, Balaxanı qəsəbəsi məişət tullantıları ərazisində baş verən yanğın söndürülüb.