AZ

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Dövlət Qulluqçularının peşə bayramı qeyd olundu

23 iyun 2025-ci il tarixdə 23 iyun-Dövlət Qulluqçularının peşə bayramı günü münasibəti ilə tədbir keçirildi. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri iştirak etmişdir.Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq, Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər.

 Rayon İcra Hakimiyyətinin akt zalında davam edən tədbirdə əvvəlcə Azərbaycan xalqının xilaskarı, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov dövlət qulluqçularını təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə əsaslı islahatlar aparılmışdır. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olmuşdur. Ölkəmizdə dövlət qulluğunu tənzimləyən əsas sənəd 2000-ci ilin iyulunda Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun qəbul edildikdən sonra Azərbaycanda müasir dövlət qulluğu ənənələri təşəkkül tapmağa başlamışdır.

YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov 23 İyun-Dövlət qulluqçularının  peşə bayramı münasibətilə tədbir iştirakçılarını  təbrik edərək bildirdi ki,  Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə əsaslı islahatlar aparılmışdır. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olmuşdur.
Tədbirdə digər çıxış edənlər qeyd etdilər ki, dövlət qulluqçularının işi daim ictimaiyyətin diqqət mərkəzindədir və onlar fəaliyyətlərində humanizm və sosial ədalət prinsiplərinə əsaslanan mənəvi normaları rəhbər tutmalıdırlar. Mənəvi saflıq, vicdanlılıq və təmənnasızlıq dövlət qulluğunda əsas meyarları olduğunu bildirdilər

Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal mövqeyinə görə bir qrup dövlət qulluqçusu YAP Xocavənd rayon təşkilatının sədri  və  Rayon İcra Hakimiyyəti başçısı  tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.

Seçilən
14
yeniazerbaycan.com

1Mənbələr