AZ

Sağlam dişlər üçün nə etməliyik?

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Dişlərin sağlamlığına bir çox amil təsir edir. Lakin bu sahədə ən çox maraq doğuran məsələlərdən biri dişlərin genetik yolla ötürülüb-ötürülməməsidir”.Stomatoloq Fərid Qurbanov Demokrat.az-a bildirib ki, dişlərin vəziyyətində irsi amillər mühüm rol oynasa da, bu, onların sağlamlığını tam şəkildə müəyyən etmir:“Dişlərin forması, ölçüsü, sıralanması və hətta diş minası kimi xüsusiyyətlər genetik yolla valideynlərdən övladlara keçə bilər. Eyni zamanda, tükrük tərkibi və kariyesə meyillilik kimi göstəricilər də ailəvi ola bilər. Buna baxmayaraq, sağlam dişlər təkcə genetikadan asılı deyil. Gündəlik gigiyena qaydalarına əməl etmək, düzgün qidalanmaq, şəkərli və turşulu məhsullardan uzaq durmaq, eləcə də vaxtaşırı diş həkiminə müraciət etmək dişlərin sağlam qalmasında əsas rol oynayır. Beləliklə, sağlam dişlər həm irsi amillərin, həm də şəxsi qulluq və həyat tərzinin vəhdəti nəticəsində qorunur”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
demokrat.az

2Mənbələr