AZ

NBA-da sürpriz transfer: Ulduz oyunçu klubunu dəyişdi

İkiqat NBA çempionu, ABŞ millisinin təcrübəli forvardı Kevin Dyurent “Finiks Sans” klubundan “Hyuston Rokets”ə transfer olunub.

Publika.az xəbər verir ki, bu barədə ESPN-in nüfuzlu insayderi Şəms Çaraniya sosial şəbəkə hesabında məlumat verib.

Əvəzində “Finiks” klubu Dillan Bruks, Ceylen Qrin, 2025 NBA draftında 1-ci raundun 10-cu seçimi hüququ və əlavə olaraq beş 2-ci raund seçimi əldə edib.

Amerikalı ulduz basketbolçu 36 yaşındadır. O, 2012, 2016, 2020 və 2024-cü illərdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi iolub. Bundan əlavə, 2010-cu ildə Türkiyədə keçirilən dünya çempionatında da qızıl medal qazanıb.

Seçilən
6
publika.az

1Mənbələr