Almaniya hökuməti ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrindən sonra tərəfdaşları ilə yaxından məsləhətləşir. Həmçinin İranın mümkün cavab zərbələri ilə bağlı ehtiyat tədbirləri görür.
ONN media "The Times of Israel"-ə istinadla xəbər verir ki, bunu adı açıqlanmayan Almaniya hökumətindəki rəsmi deyib.
"Əməliyyatlar başlamazdan əvvəl biz bunu etmişik. Bunu davam etdirəcəyik. Amma biz davamlı düzəlişlər edirik və tərəfdaşlarımızla çox yaxın və konstruktiv məsləhətləşmələr aparırıq", - deyən rəsmi, mövzunun dünən İngiltərə və Fransa ilə müzakirə edildiyini əlavə edib