"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və Arts Council Azerbaijan-ın təşkilatçılığı ilə İçərişəhərin Qoşa Qala Meydanında "Küçələrdən Hekayələr" adlı sosial və xeyriyyə layihəsinin açılışı keçirildi. Layihənin müəllifi Surəyyə Məmmədlidir.
Layihənin əsas məqsədi küçə heyvanlarının taleyinə biganə qalmamağa çağırmaq, cəmiyyətdə mərhəmət, şəfqət və sosial məsuliyyət hissini gücləndirmək, incəsənət vasitəsilə heyvanlara qarşı diqqət və qayğı dəyərlərini təbliğ etmək idi.
Tədbirin proqramı zəngin və rəngarəng oldu:
Peşəkar rəssamların sərgisi - heyvan mövzusunda çəkilmiş müasir incəsənət əsərləri tamaşaçılara təqdim edildi. Bu əsərlər xüsusi olaraq ArtMarket.az onlayn platformasında satışa çıxarıldı. Platforma vasitəsilə əsərlərin əldə edilməsi həm alıcılara rahatlıq yaratdı, həm də satışdan əldə olunan vəsaitin şəffaf şəkildə xeyriyyə məqsədlərinə yönəldilməsini təmin etdi.
Uşaqların və gənc rəssamların əl işləri və rəsmləri, onların heyvanlara sevgi və qayğı hissini əks etdirən səmimi əsərləri nümayiş etdirildi.
Rüstəm Fərmanın foto sərgisi, məşhur şəxslərin ev heyvanları ilə birlikdə iri formatlı portretlərini təqdim etdi və heyvanların insan həyatındakı əhəmiyyətini vurğuladı.
Xeyriyyə yarmarkası, burada təqdim olunan əl işləri və rəsm əsərləri satışa çıxarıldı və toplanan vəsait tam olaraq küçə heyvanlarının qorunmasına və onlara yardım layihələrinə yönəldildi.
Ev heyvanlarının iştirakı ilə moda defiləsi, tədbirin yaddaqalan və emosional anlarından biri oldu.
Tədbir boyu DJ Azad-ın canlı ifaları tədbirə xüsusi ab-hava qatdı.
Tədbirdə Arts Council Azerbaijan-ın rəhbəri Dadaş Məmmədov çıxış edərək layihəyə dəstək verən tərəfdaşlara və iştirakçılara təşəkkürünü bildirdi. O vurğuladı ki, Arts Council Azerbaijan beynəlxalq mədəni platforma kimi incəsənət və sosial layihələr vasitəsilə cəmiyyətdə təbiətə və heyvanlara qarşı mərhəmət, qayğı və humanist dəyərləri təşviq etməyə davam edəcək.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini Rəna Nəsirova-Mustafayeva çıxış edərək layihənin humanist dəyərlər baxımından əhəmiyyətini vurğuladı və bu cür təşəbbüslərin ictimai şüurun formalaşmasına verdiyi töhfədən danışdı.
Çıxışı zamanı layihənin müəllifi Surəyyə Məmmədli vurğuladı:
"Küçələrdən Hekayələr" ilk dəfə 132-134 saylı liseyin IBDP proqramı çərçivəsində CAS layihəsi kimi başlamışdır və küçə heyvanlarının qarşılaşdıqları çətinliklərə diqqət çəkməyi məqsəd qoymuşdur. Bugünkü tədbir bir daha göstərdi ki, incəsənət və yaradıcı təşəbbüslər vasitəsilə mən və tələbə yoldaşlarım bu mövzunu daha geniş auditoriyalara çatdıra və insanlarda heyvanlara qarşı mərhəmət hissini gücləndirə bilirik.
Layihə bir günlük olub və həmin gün uğurla başa çatıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)