İsrail Hərbi Hava Qüvvələrinə məxsus 50-dən çox döyüş təyyarəsi Tehrandakı hərbi və sənaye obyektlərinə hücum edib.
“İsrail Hərbi Hava Qüvvələri İDF Kəşfiyyat İdarəsinin göstərişi ilə İran rejiminə məxsus hərbi komandanlıq məntəqələrinə zərbələr endirib”, - Teleqram kanalında deyilir.
Bildirilir ki, zərbələr raket və radarların istehsalı obyektləri və onların saxlanma infrastrukturunu hədəf alıb.