AZ

Ağdamda dövlət qulluqçularının peşə bayramına həsr olunmuş tədbir keçirildi FOTOLAR

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

23 iyun 2025-ci il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 23 İyun Dövlət Qulluqçularının Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, idarə, müəssisə və təşkilatların rəhbərləri və rayon ərazisində müxtəlif vəzifələrdə çalışan dövlət qulluqçuları iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri düzmüşlər.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk öncə Dövlət Himni səsləndirilmiş,  Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının və vəfat etmiş dövlət qulluqçularının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər tədbirdə çıxış edərək 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsasının qoyulmasından, bu sahədə kadr siyasətinin əsas prinsiplərindən, dövlət qulluqçularının cəmiyyətdəki yerindən, Azərbaycan Respublikasının müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam etdirməsindən bəhs etmişlər.

Tədbirin sonunda rayonda fəaliyyət göstərən dövlət qulluqçuları Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən mükafatlandırılmışlar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
unikal.az

1Mənbələr