AZ

Fənərbaxça lı ulduzun yeni imici hər kəsi təəccübləndirdi FOTO

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Super Liqanı ikinci sırada tamamlayan "Fənərbaxça"da yeni mövsüm öncəsi tətil davam edir.

Sherg.az xəbər verir ki, transferlə bağlı səssizliyini qoruyan "sarı-lacivərtlilər"in necə bir yol izləyəcəyi maraqla gözlənilsə də, hazırkı heyətdəki futbolçular şəxsi həyatları ilə bağlı paylaşımlar etməyə davam edir.

"Sarı-lacivərtlilər"in ötən mövsümün qış transfer dövründə "Aston Villa"dan transfer etdiyi Dieqo Karlos yeni imici ilə diqqət çəkib.

Qızının 7-ci doğum gününə xüsusi tədbir təşkil edən Karlos ailəsinin atası, hörüklü saçlarını dəyişərək çəhrayı rəngə boyayıb.

32 yaşlı müdafiəçinin yeni saç tərzi sosial mediada geniş müzakirə olunub və azarkeşlər arasında gündəmə çevrilib.

"Fənərbaxça"nın 11 milyon avro transfer haqqı ödəyərək heyətinə qatdığı müdafiəçi, sarı-lacivərtli forma ilə cəmi 5 oyunda iştirak edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
sherg.az

2Mənbələr