AZ

Zelenskini Polşada öldürmək istəyiblər - Malyuk

Rusiya öz casusları vasitəsilə bir neçə dəfə Ukrayna Prezidenti Vladimir Zelenskini öldürməyə cəhd edib. Sui-qəsd epizodlarından biri Polşanın Rzeşov şəhərində baş verib.

Axar.az xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk deyib.

“Polşa Daxili Təhlükəsizlik Agentliyi sui-qəsdin qarşısını almağa kömək edib. Sui-qəsdi təqaüddə olan polyak hərbçi həyata keçirməli idi. O, sovet ideologiyasına çox inanan biri olub və buna görə də onu işə cəlb ediblər. Qatil Zelenskiyə sui-qəsd cəhdinin iki variantını nəzərdən keçirib: FPV pilotsuz uçan aparatı və ya snayper kompleksindən istifadə etməklə. Lakin sonda rus casusunun planları alt-üst olub və o, xüsusi xidmət orqanları tərəfindən saxlanılıb”.

Seçilən
11
2
axar.az

3Mənbələr