Vətəndaşlar istehlakçı hüquqlarını dəqiq bilməlidir
Ailə büdcəsinin xərclərini səmərəli icra etmək üçün ağıllı alıcı mal, məhsul və xidmət seçimində diqqətli olmalıdır. Siz bu məsələyə diqqət yetirməklə, həm xərclərinizin səmərəliliyini, həm təhlükəsizliyinizi, həm də məhsulun sizə uyğunluğunu təmin edə bilirsini. Digər tərəfdən, siz məhsul barədə gələcək seçimlər üçün dəyərli məlumatlar əldə edə bilərsiniz.
Ağıllı alıcı məhsul alarkən məlumatlı seçim etmək və potensial problemlərdən qaçmaq üçün bir neçə əsas məqama diqqət yetirməlidir. Hər şeydən əvvəl, məhsul haqqında məlumatı, o cümlədən onun təsvirini, xüsusiyyətlərini, tərkibini, son istifadə tarixini və istifadə şərtlərini diqqətlə öyrənməlidir. Eyni zamanda, qiymətə də diqqət yetirməli, keyfiyyətə və tələbata uyğun olduğuna əmin olmalı, müxtəlif mağazalardakı qiymətlərlə onun qiymətini müqayisə etməlisiniz. Xüsusilə onlayn alış-veriş zamanı satıcının nüfuzunu yoxlamaq, zəmanət kartı və qəbz kimi lazımi sənədlərin mövcud olduğundan əmin olmaq da eyni dərəcədə vacibdir.
Nəhayət, məhsulu istifadə etməzdən əvvəl, istifadə təlimatlarını diqqətlə oxumalı və onu necə düzgün istifadə edəcəyinizi başa düşdüyünüzə əmin olmalısınız.
Ağıllı alıcılar mal, məhsul və ya xidmət alarkən aşağıdakı məqamlara diqqət yetirməlidirlər:
1. Məhsul haqqında məlumatlar ilə tanış olduqda təsvir və spesifikasiyalarına diqqət yetirilməlidir. Məhsulun sizin ehtiyaclarınıza cavab verib-vermədiyini anlamaq üçün onun təsvirinə ətraflı diqqət yetirin.
Qida, kosmetika və ya inqrediyentləri olan digər məhsullara gəldikdə, inqrediyentlərdə allergen və ya arzuolunmaz maddələrin olub-olmadığını yoxlamaq vacibdir. Məsələn, tərkibində palma yağı, marqarin və digər trans yağlar olan qidaları almaq sizin üçün məsləhət deyil. Bu cür seçimlər həm də məhsulun istehsalçi tərəfindən keyfiyyətinin yüksəldilməsinə bir vəsilə olur. Əksəriyyət bu cür seçim etsə, bəyənilməyən mallar satılmayacaq, yığılıb qalacaq. Onda satıcı tədqiqat aparıb sizin bəyənmədiyiniz əlamətləri üzə çıxarıb, aradan qaldıracaq. Nəticədəz, sizin bu cür seçimləriniz bütün cəmiyyətə də müəyyən töhfə verəcək.
Məhsul alarkən onun yararlılıq müddəti və saxlama şəraitinə də diqqət yetrilməlidir. Məhsulu xüsusilə qida və ya dərmandırsa, son istifadə tarixini mütləq yoxlayın və qablaşdırmada göstərilən saxlama şərtlərinə əməl edin.
Mümkün xətaların və zədələrin qarşısını almaq üçün məhsulu istifadə etməzdən əvvəl təlimatları diqqətlə oxuyun. Bunu ona görə vurğulayırıq ki, əksər vətəndaşlarıniz msl və məhsul təlimatlarını lazımsız, artıq bir şey hesab edir və ilk imkanda məhsulun təlimat kitabçasını tullantı qutusuna atır. Hətta, bəziləri bu tullantıya zəmanət talonunu da əlavə edir. Bu əsla yolverilməzdir.
2. Qiymət və alış şərtləri vacib məsələlərdəndir
Ən yaxşı təklifi əldə etdiyinizə əmin olmaq üçün müxtəlif mağazalardakı məhsulların qiymətlərini müqayisə edin.
Ödəniş və çatdırılma şərtlərinə diqqətli yanaşın. Xoşagəlməz sürprizlərdən qaçmaq üçün ödəniş şərtlərini, o cümlədən hissə-hissə və ya kredit imkanı, habelə çatdırılma şərtlərini dəqiqləşdirin.
Endirimlərin və güzəştlərin mövcudluğunu yoxlamaq sizə maddi qazanc gətirə bilər. Alış zamanı əlavə üstünlüklər təmin edə biləcək mümkün endirimlərə və güzəştlərə diqqət yetirməklə ailə büdcənizin xərclərinə qənaət edə bilərsiniz. Amma bir məqama diqqət yetirin ki, endirimlər və güzəştlər keyfiyyətin aşağı salınmasından qaynaqlanmasın. Yəni mümkün qədər eyni keyfiyyətli və daha ucuz məhsul axtarın.
3. Satıcının reputasiyası və sənədlərinə diqqət yetirin
Əgər onlayn mağazadan məhsul alırsınızsa, satıcının nüfuzunu yoxlayın, digər alıcıların rəylərini oxuyun və onun etibarlı olduğuna əmin olun.
Satıcının bu məhsul üçün tələb olunarsa, zəmanət kartı, qəbz və uyğunluq sertifikatları kimi bütün zəruri sənədləri təqdim etdiyinə əmin olun.
Qəbzinizi götürdüyünüzdan əmin olun!
4. İlkin yoxlama:
Mümkünsə, xüsusən də avadanlıq alarkən, məhsulun yaxşı işlək vəziyyətdə olduğundan əmin olmaq üçün satın almazdan əvvəl onu sınaqdan keçirin. Məhsulu qüsurlara, cızıqlara və digər zədələrə görə yoxlayın.
5. Ağlabatan istehlak
İmpuls alışdan çəkinin. Əşyaya və ya məhsula həqiqətən ehtiyacınız olub-olmadığını düşünün və lazımsız ola biləcək kortəbii alışlardan çəkinin. Bu məsələdə daha çox əlinizdəki bazarlıq siyahısına istinad edin.
Ehtiyaclarınıza və büdcənizə uyğun məhsullar seçin, lazımsız xüsusiyyətlər və ya brendlər üçün artıq ödəniş etməyin.
Bu tövsiyələrə əməl etməklə, ağıllı alıcı məlumatlı seçim edə və mal alarkən xoşagəlməz hallardan qaça biləcək.
Ağıllı alıcı istehlakçı hüquqlarını mükəmməl bilməlidir
İstehlakçının hansı hüquqları var?
İstehkakçı məhsulun qiyməti, xassələri, istifadə şərtləri, zəmanətin olub-olmaması haqqında Azərbaycan dilində lazımi və doğru məlumat almaq hüququna malikdir. Bunun təmin edilmirsəni tələb edin, tələb yerinə yetrilmədiyi təqdirdə həmin məhsuldan imtina edilməlidir. Sizin istehlakçı hüquqlarınızı pozan satış mərkəzinin satıcıları ilə mübahisə etməyə dəyməz, onların ən böyük cəzası sizin onlardan imtina etməyiniz və ətrafınızdakılara bu barədə mümkün qədər çox danışmağınızdir. Bu onların gəlir mənbəyi olan satış dövriyyəsini kəskin azalda bilər. Siz bu barədə müvafiq qurumlara şikatəy də edə bilərsiniz.
Məhsullara əslində malik olmadığı xassələrin aid edilməsi və ya istehlakçıda məhsulun digər oxşar məhsullarla eyni xassələrə malik olmasına baxmayaraq, onun unikal olması təəssüratı yaratmaq qadağandır. Çunki bu yalançı reklam sayılır ku, o da reklam haqqında qanuna əsasən qadağandır.
Təklif olunan məhsul istehlakçının həm sağlamlığı, həm də əmlakı üçün təhlükəsiz olmalıdır.
Aldığınız məhsulun pulunu ödəyərkən satıcıdan alqı-satqını təsdiq edən, ən azı ticarətçinin adı və ya biznes adı, iş yerinin ünvanı, satınalma tarixi, alınan hər bir məhsulun qiyməti və ödənilən ümumi məbləği göstərən sənəd – qəbz ve ya onu əvəz edən digər sənəd alın. İstehlakçının ödədiyi məbləğdən asılı olmayaraq, satıcı istehlakçının tələbi əsasında ona alışı təsdiq edən qəbz, qaimə-faktura və ya digər sənəd verəməlidir.
İstehlakçıya dəymiş ziyana görə iddia qaldırma və ya kompensasiya tələb etmək imkanı haqqında alıcı satıcıdan məlumat ala bilər. Satın almadan əvvəl nə aldığınızı yoxlayın. Hər hansı bir sualınız varsa, satıcı ilə əlaqə saxlayın. Alış-veriş etdikdən sonra malların və ya xidmətlərin razılaşdırılmış şərtlərə cavab vermədiyi məlum olarsa, alışı təsdiq edən qəbz, müqavilən və ya digər sənədlərlə birlikdə satıcıya müraciət edin.
Məhsul haqqında suallara cavab verə bilməyən mağazalardan heç nə almayın.
Məhsulda, onun qablaşdırmasında və ya məhsulun etiketində olan məlumatlar oxuna bilən, başa düşülən və birmənalı olmalıdır. Müvafiq mal qrupunun markalanmasına ayrıca tələblər şamil edilmirsə, onun olmaması alıcını çaşdıra bilərsə, məhsulun etiketində və ya qablaşdırmanın üzərində ən azı məhsulun adı göstərilməlidir. Etiketdə məhsulun adına əlavə olaraq, aşağıdakılar nəzərə alınmaqla məhsulun növü, onun xassələri və təyinatı olmalıdır:
– məhsulun miqdarı və ya ölçüsü;
– komponentlərin tərkibi və miqdarı;
– yuyulma, təmizləmə, qulluq qaydaları;
– istismar təlimatları;
– məhsulun istifadəsi və ya məhv edilməsi ilə bağlı təhlükələrin qarşısını almaq üçün xəbərdarlıqlar və ehtiyat tədbirləri;
– məhsulun yararlılıq müddəti və ya əsas texniki məlumatlar;
– saxlama şərtləri.
Məlumat yazılı şəkildə, Azərbaycan dilində olmalı, məhsulun müvafiq və təhlükəsiz istifadə qaydasını özündə əks etdirməlidir. Məhsulun üzərində Azərbaycan dilinə istehsalçı üçün məlumat yoxdursa, həmin məhsulu almayın. Birincisi, siz xarici dildə bilməyə məcbur deyilsiniz, Azərbaycan vətəndasısının və istehsalçı, yaxud satıcı sizə hər şeyi dövlət dilində izah etməyə borcludurlar. Dövlət dilində məlumat almaq vətəndasın konstituson hüququdur. Burada ikinci bir prinsipial məqam da var. İstehsalçı bu məhsulu sizə ünvanlayıbsa, deməli, onun üzərində sizin başa düşdüyünüz dildə məlumat yerləşdirməlidir. Əgər bu yoxdursa, deməli bu məhsul sizin üçün deyil. Məsələn, Sibirda 20-30 dərəcə şaxta olan regionda istifadə edilmək üçün nəzərdə tutulmuş bir məhsulu hansısa vasitələrlə Azərbaycana gətrilibsə, siz onu nəyə görə almalısınız?
Texniki cəhətdən mürəkkəb məhsullar, tərkibində təhlükəli maddələr olan və ya istifadə üçün xüsusi bacarıq tələb edən məhsullara istehsalçı Azərbaycan dilində istismar təlimatlarını əlavə etməlidir. Məhsulun qablaşdırmadında bu yoxdursa, istehlakçı onu tələb etmək hüququna malikdir. Bu tələb yerinə yetrilmirsə ağıllı alıcı bu maldan imtina etməlidir.
İstehlakçı məhsulu istifadə etməzdən əvvəl istismar təlimatlarını oxumağa və məhsula zərər verməmək, ona qulluq etmək üçün şərti işarələrə diqqət yetirməyə borcludur. İstehlakçının səhvi nəticəsində dəymiş ziyana görə nə satıcı, nə də istehsalçı məsuliyyət daşımır.
Yazı “Liberal İqtisadçılar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailə büdcəsi quraq, daha varlı olaq” layihəsi çərçivəsində dərc edilir.