AZ

Toy zamanı PARTLAYIŞ - Gəlin və bəy xəsarət alıb 

Rusiyanın Moskva vilayətində yeni evlənənlər və qonaqlar toy mərasimində baş verən pirotexniki partlayış nəticəsində yanıq xəsarətləri alıblar.

Referans xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, hadisə Dolqoprudnı şəhərində toy zamanı pirotexniki vasitənin düzgün işləməməsi nəticəsində baş verib. Planlaşdırılan atəşfəşanlıq əvəzinə partlayış olub, alovlar mərasim iştirakçılarına dəyib. Nəticədə yeni evlənənlər və qonaqlar yanıq xəsarətləri alıb.

Zərərçəkənlər baş verənlərlə bağlı pirotexniki vasitələr üzrə mütəxəssisi günahlandırıb. Bildirilib ki, həmin şəxslər mərasimə saat yarım gecikib, texnikanı tələsik quraşdırıblar.


Seçilən
12
2
referans.az

3Mənbələr