AZ

Təbriz şəhəri yaxınlığında İsrailin “F-35” qırıcısı vurulub

“İsrailin ikinci “F-35″ qırıcısı Təbriz şəhəri yaxınlığında İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub”.

Oxu.Az xəbər verir ki, bunu “Aşura” korpusunun (SEPAH-ın Şərqi Azərbaycan vilayətindəki bölməsi) ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi polkovnik Möhsün Bəxt-Şokui deyib.

“Vurulan təyyarənin pilotu da əsir götürülüb”, – İranlı polkovnik əlavə edib.

Onun sözlərinə görə, ilk “F-35” qırıcısı da iyunun 15-də həmin ərazidə məhv edilib. Hələlik İsrail və xarici KİV-lər məlumatı təsdiqləməyiblər.

Seçilən
15
editor.az

1Mənbələr