AZ

Ağ Ev: İranın nüvə obyektləri məhv edilib

“İranın nüvə obyektləri ABŞ Hərbi Hava Qüvvələri tərəfindən məhv edilib”.
Teleqraf xəbər verir ki, bunu Ağ Evin sözçüsü Kerolayn Levit deyib.
Ağ Evin rəsmi nümayəndəsi Prezident Donald Trampın İranın nüvə obyektlərinin məhv edilməsi ilə bağlı bəyanatının doğru olub-olmaması barədə suala “Bəli” cavabını verib.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə Prezident Donald Tramp ABŞ ordusunun İrandakı üç nüvə obyektini (Fordo, Natanz və İsfahan) uğurla məhv etdiyini açıqlayıb. O bildirib ki, Tehran münaqişəni dayandırmağa razı olmalıdır.

İsrail İranın nüvə proqramına yönəlmiş əməliyyat çərçivəsində iyunun 13-dən İrana gündəlik zərbələr endirir.
Seçilən
4
sherg.az

1Mənbələr