AZ

Azərbaycan niyə İsrailin İrana hücumunu pisləmir?

İsrail İrana hücum etdiyi gündən bəri, rəsmi Bakı bunu pisləyən bəyanat verməyib.

13 iyunda Azərbaycan Xarici İşlər Nazirliyi yalnız onu bildirib ki, İsrailin İrana hücumundan narahatdılar və vəziyyətin gərginləşdirilməsini pisləyirlər.

Sonra Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarlı Abbas Əraqçi ilə telefon danışıb. Onu əmin edib ki, Azərbaycan ərazisindən İrana qarşı istifadə mümkün deyil.

XİN-in telefon danışığı ilə bağlı açıqlamasında İranı "qonşu və dost ölkə" adlandırılıb.

Bəs Azərbaycan niyə İsrailin İrana hücumunu pisləmir?

Azərbaycanca Xarici Işlər Nazirliyin bu suala cabab vermir amma hokumetyonlu millet vekili Rasim Musabəyov düşünür ki, bunda İran özü günahkardır.

"İsraili pisləmək üçün ermənilıər Azərbaycan torpaqlarını işğal edəndə, Xocalını törədəndə biz İrandan bunu pisləyən bıyanat görmədik. BMT-də torpaqların işğalın qoyanda İran səsvermədən yayındı, Azərbaycana dəstək vermədi. İşöal olunmuş torpaqlar yağmalananda İran hökuməti səsini çıxarmırdı axı. İndi gəlib Azərbaycandan nəsə tələb edəndə üz olmalıdır", - o, BBC-yə müsahibəsində bildirib.

Siyasi məsələlər üzrə şərhçi Şücaət Əhmədzadəyə görə, Azərbaycan-israil münasibətləri o səviyyədədir ki, İsrailin qarşıdurmada olduğu ölkələr zamanında Azərbaycandan vasitəçi kimi istifadə ediblər.

"Görünür, Azərbaycanın İsraillə bu münasibətinin bu formada qalması və digər ölkələr də üçün istifadə olunması istənilir. Açığı, Azərbaycanın da İsrailə qarşı açıq-aşkar bəyanat verməsi gözlənilmirdi, həm əməkdaşlıq səviyyəsi genişdir, digər tərəfdən oturuşmuş münasibətlər kanalı varsa, Azərbaycan görünür bunu itirmək istəməməyi seçib", - Şücaət Əhmədzadə deyib.

Bir həftədən çoxdur ki, İsrail və İran arasında qarşılıqlı hücumlar davam edir.

Azərbaycanın muttəfiqləri Türkiyə və Pakistan İsrailin hücumu ilə bağlı sərt bəyanat veribler, onu pisləyiblər.

Videonu Youtube kanalımızda izləyin

Seçilən
10
bbc.com

1Mənbələr