Bakı. Trend:
ABŞ-nin Qətərdəki səfirliyi Amerika vətəndaşlarına növbətibildirişədək “olduqları yerdə qalmağı” tövsiyə edib.
Trend “Al-Arabiya”telekanalına istinadən xəbər verir ki, bu barədə Körfəz ölkəsindəkivətəndaşlara göndərilmiş elektron məktubda bildirilir.
“Əlavə ehtiyat tədbiri kimi, Amerika vətəndaşlarına növbətibildirişədək olduqları yerdə qalmağı tövsiyə edirik”, - məlumatdavurğulanıb.
Bundan əvvəl, ötən həftə ABŞ-nin Qətərdəki səfirliyi işçilərininDohadan kənardakı səhrada yerləşən və Yaxın Şərqdəki ən böyük ABŞhərbi bazası olan “Əl-Udeyd” Hava Bazası ərazisinə girişinimüvəqqəti məhdudlaşdırmaqla bağlı xəbərdarlıq yaymışdı.
Bəyanatda Amerika vətəndaşlarına “artırılmış ehtiyatlılıqlahərəkət etmək” tövsiyə olunub və “xaricdə ABŞ vətəndaşları vəmaraqlarına qarşı potensial etiraz aksiyaları” barədə xəbərdarlıqedilmişdi.