AZ

Tramp Avropanın internetini kəsə bilər — KİV

Tramp Avropanın internetini kəsə bilər — KİV

ABŞ prezidenti Donald Tramp administrasiyası davam edən ticarət müharibəsi fonunda Avropanın internetini kəsə bilər.

AFN.az xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri ekspertlərə istinadən məlumat yayıb. Bildirilir ki, Aİ demək olar ki, tamamilə Amerikanın bulud xidmətlərindən asılıdır.

Avropa Tənzimləmə Mərkəzinin rəhbəri Zak Mayers qəzetə verdiyi şərhdə bildirib ki, Trampın internetin bağlanması və ya Aİ-nin iqtisadi maraqlarına ciddi ziyan vurmaq üçün başqa bir şey edə biləcəyi fikri artıq altı ay əvvəl göründüyü qədər uzaq deyil.

Öz növbəsində, Avstriyanın “Anexia” bulud xidməti provayderinin rəhbəri Alexander Vindbiçler “Politico”ya bildirib ki, o və digər İT şirkətləri əvvəllər Amerika xidmətlərindən “qeyri-sağlam asılılığa” diqqəti cəlb etməli idilər. Onun sözlərinə görə, Aİ bulud sənayesi texnoloji rəqabət qabiliyyətinə diqqət yetirərək, öz maraqları üçün lobbiçilikdən çox uzun müddət yayınıb.

"Politico" bundan əvvəl yazmışdı ki, Avropa İttifaqı bulud xidmətləri, süni intellekt (AI) və mikroçiplər kimi kritik sahələrdə xarici texnologiyaların üstünlüyünü dərk edərək, ABŞ-la rəqəmsal sahədə əməkdaşlığın inkişafına diqqət yetirmək niyyətindədir.

Bulud xidmətləri sektorunda fəaliyyət göstərən Amerika şirkətləri Avropa bazarının üçdə ikisindən çoxunu ələ keçirib. ABŞ süni intellektin inkişafında Aİ-ni əhəmiyyətli dərəcədə qabaqlayır. Eyni zamanda, qlobal mikroprosessor bazarında Avropanın payı təxminən 10%-ə düşüb.

Seçilən
5
afn.az

1Mənbələr