Avropa İttifaqının (Aİ) Türkiyədəki nümayəndəliyinin rəhbəri Hans Ossovski türklərdən viza tələbinin qəbuledilməz və utancverici olduğunu bildirib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Brüsseldə türkiyəli jurnalistlərlə görüşən səfir “Türkiyədə insanlar viza üçün aylarla, bəzən bir il gözləyirlər” deyib.
O, narkotik problemi olan Kolumbiya, Aİ ilə münasibətləri pozulmuş Gürcüstan və hətta Venesuela vətəndaşlarının Aİ-yə vizasız səyahət etdiyini qeyd edib: