AZ

İyunun 29-da Azərbaycan dili (dövlət dili) üzrə ikinci cəhd imtahan keçiriləcək

Bakı.Trend:

İyunun 29-da Azərbaycan dili (dövlət dili) üzrə ikincicəhd imtahan keçiriləcək.

Trend Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verirki, Azərbaycan dili (dövlət dili) imtahanında mayın 22-dən iyunun10-dək qeydiyyatdan keçən aşağıdakı kateqoriyaya aid olanabituriyentlər (şagirdlər) iştirak edəcəklər:

• Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbulolmaq üçün sənəd verən, lakin mayın 4-də keçirilmiş imtahandaiştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan carivə əvvəlki illərin abituriyentləri. Bu kateqoriyaya aid olanabituriyentlər imtahana buraxılış vərəqəsini bu linkdən çapetməlidirlər.

• Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsindəümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın4-də keçirilmiş Azərbaycan dili (dövlət dili) imtahanında iştiraketməyən cari ilin məzunları. Həmin şagirdlər buraxılış vərəqəsinibu linkdən çap etməlidirlər.

İştirakçılar imtahana aşağıda qeyd olunan sənədlərigətirməlidirlər:

• İmtahana buraxılış vərəqəsi;

• Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşıtamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər DövlətMiqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqınstatusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqınvəsiqələrini;

• Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digərsənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş vəfotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülüşəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Qeyd edək ki, imtahana gələrkən şəxsiyyəti təsdiq edənsənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməklazımdır. Bu sənədlərdən hər hansı biri olmazsa və ya sənədlərarasında uyğunsuzluq olarsa, həmin şəxs imtahanaburaxılmayacaq.

Seçilən
8
11
az.trend.az

10Mənbələr