AZ

A Seriyasına yüksələn klub Mario Balotellini istəyir

Bakı, 23 iyun, AZƏRTAC

Tanınmış futbolçu Mario Balotelli karyerasını yenidən İtaliya A Seriyasında davam etdirə bilər.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, İtaliya millisinin sabiq hücumçusu A Seriyasına yüksələn “Kremonese”nin transfer siyahısında yer alıb. Klub rəhbərliyi Balotellinin təcrübəsindən yararlanmaq niyyətindədir.

M.Balotelli ötən mövsüm “Cenoa”da çıxış edib. Onun hazırkı müqaviləsi iyunun sonunda başa çatacaq.

 

Seçilən
10
1
azertag.az

2Mənbələr