Bakı. Trend:
Xaçmaz rayonunda 23 iyun - Dövlət Qulluqçularının Peşə BayramıGünü qeyd olunub.
Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumatverilib.
Bildirilib ki, Peşə Bayramı Günü münasibətilə Xaçmaz Rayon İcraHakimiyyəyinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan PartiyasıXaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquqmühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısıaparatının əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələrvə müxtəlif qurumlarda çalışan dövlət qulluqçuları Ümummilli LiderHeydər Əliyevin Xaçmaz şəhərində mərkəzində ucaldılan abidəsi önünəgül dəstələri düzüb, xatirəsini hörmət və ehtiramla yadediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev dövlətqulluqçularını peşə bayramları münasibətilə təbrik edib, səmərəlifəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, Azərbaycandadövlət qulluğunun formalaşması və inkişafında Ulu öndər HeydərƏliyevin xüsusi xidmətləri olub. Dahi şəxsiyyətin əsasını qoyduğudövlətçilik konsepsiyası hazırda Prezident İlham Əliyev tərəfindənuğurla davam etdirilir.
Tədbirdə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Dövlətqulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Xaçmaz Rayonİcra Hakimiyyəti başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi EminAğayev və Rayon Gənclər və İdman Sektorunun müdiri Elman Məmmədovtəbrik edilib. Həmçinin, dövlət qulluğunda çalışan bir qrup şəxslərFəxri Fərmanla mükafatlandırılıb.