AZ

"Sabah"ın qapıçısına təkliflər gəldi, komandada qaldı

“Sabah”ın qapıçısı Nicat Mehbalıyev yeni mövsümlə bağlı qərarını verib. 

Sportal.az saytına verilən məlumata görə, 24 yaşlı qolkiperə bölgə təmsilçiləri maraq göstərib. Hətta ona Premyer Liqa klublarından təklif də gəlib.

Lakin Mehbalıyev həmin təklifləri geri çevirib və “Sabah”da qalmağa üstünlük verib. 

Onun Azərbaycan kubokunun qalibi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

"Bakı"nın yetirməsi olan Nicat “Qarabağ”, “Sumqayıt”, “Qəbələ” klublarının qapısını qoruyub.

 

saytlarin hazirlanmasi

Seçilən
6
1
sportal.az

2Mənbələr