AZ

Ziya Məmmədovun oğlunun şirkəti ləğv edilir

Azərbaycanda beton istehsalı ilə məşğul olan "Qarant Beton" şirkəti ləğv edilir.

"Bakuinfo" Modern.az-a istinadla xəbər verir ki, MMC şirkətin ləğvi ilə əlaqədar kreditorlara müraciət edib.

Kreditorlar iki ay ərzində tələblərini bildirə bilərlər. Şirkətin ləğvi barədə elan "Vergilər" qəzetində dərc edilib.

“Qarant Sement Zavodu” kimi tanınan MMC "Qarant Holdinq"in strukturuna daxil olub.

Sözügedən holdinqin rəhbəri sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.

Seçilən
36
14
bakuinfo.net

10Mənbələr