AZ

Azyaşlı oğluna qəlyan çəkdirdi, tənqid olundu - VİDEO

Keçmiş model, bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpurun oğlu Muhammədlə bağlı paylaşımı müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, Diana azyaşlı oğlunun qəlyan çəkən an lentə aldığı videosunu yayımlayıb.

Həmin görüntülər birmənalı qarşılanmayıb və sosial şəbəkədə yayılaraq müzakirələrə səbəb olub.

Sosial şəbəkə istifadəçiləri Əhədpurun bu addımını tənqid edib, övladının sağlamlığına zərər verdiyi üçün onu qınayıblar.

Qeyd edək ki, Diana iran əsilli biznesmen Manuçehr Əhədpurla ailəlidir. Birləşmiş Ərəb Əmirliyində yaşayan Diananın bir oğlu var.

Könül
Musavat.com

Seçilən
58
2
musavat.com

3Mənbələr