AZ

İsrail Fordoda nüvə obyektinin ətrafına zərbələr endirdi

İsrail hərbçiləri İranın Fordo nüvə obyektinin ətrafına zərbələr endirib.

Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, zərbələrin məqsədi bu obyektə çıxış yollarını bağlamaq olub.

Bundan əlavə, İranın yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, İran İslam Respublikasının Hava Hücumundan Müdafiə Qüvvələri İsrailə məxsus pilotsuz uçuş aparatını Təbriz şəhərinin səmasında vuraraq məhv edib.

Seçilən
4
editor.az

1Mənbələr