AZ

Peskov: ABŞ ın İrana zərbələri Moskvanın Vaşinqtonla dialoquna təsir etməyəcək

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ-ın İrandakı nüvə obyektlərinə zərbələr endirməsi Moskva və Vaşinqton arasında ikitərəfli dialoqa təsir etməyəcək, çünki bunlar müstəqil proseslərdir.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında

“Bunlar müstəqil proseslərdir, fərqli sahələrdir. Bizim tərəfdaşlıq əlaqələrimiz, İranla strateji tərəfdaşlığımız var, lakin biz həm də ABŞ-la əlaqələrimizi bərpa etməyə çalışırıq. Hər ikisi bizim üçün çox vacib sahələrdir”, - deyə o, müvafiq suala cavab verərkən deyib.

Kreml nümayəndəsi vurğulayıb ki, Moskva və Vaşinqton arasında dialoq həm də “bir çox başqa sahələrdə nizamlanmanın əldə olunması imkanından” asılıdır. “Ona görə də birinin digərinə mane olması mümkün deyil”, - deyə Peskov qeyd edib.

İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. Bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib. Qarşılıqlı hava hücumları davam edir. Hər iki tərəf bu hücumlar nəticəsində insan tələfatı və itkilər barədə məlumat verir və bir sıra obyektlərin vurulduğunu etiraf edirlər.

Birləşmiş Ştatlar silahlı münaqişəyə onun gərginləşməsindən doqquz gün sonra daxil olub: iyunun 22-nə keçən gecə Amerika bombardmançıları İranın üç nüvə obyektinə - Fordo, Natanz və İsfahanda hücum ediblər.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
icma.az

1Mənbələr