BBC: Ukrayna Avropa ilə birlikdə nüvə silahı hazırlamağa başlaya bilər
Ukrayna Avropa ölkələri ilə birlikdə öz nüvə silahlarını yaratmağa başlaya bilər. BBC xəbər verir ki, bunu ukraynalı siyasətçi və alim, xarici siyasət və raket elmləri üzrə ekspert Vladimir Qorbulin deyib.
Onun sözlərinə görə, Ukraynanın öz nüvə silahlarını yaratmağa başlaması üçün “müttəfiq körpüləri” tapmaq lazımdır. Qorbulin xatırladıb ki, Ukraynanın bunun üçün öz elmi məktəbi, elmi bazası var.
Bütün bunların fonunda alim belə bir fikir bildirib ki, Ukrayna hansısa Avropa ölkəsi ilə birləşərək belə bir addım atmağa, nüvə silahı yaratmağa cəhd edə bilər.
Qorbulin əlavə edib ki, Kiyev Rusiyadan “təhdid hiss edən” Qərbi Avropa ölkələri ilə, məsələn, arsenalını artırmaq istəyən Fransa ilə birləşməlidir. Ekspert Polşanın baş naziri Donald Tuskun Varşavanın öz ərazisində nüvə silahı yerləşdirmək istədiyi barədə bəyanatını da xatırladıb.
aia.az
Tərcümə şöbəsi