Sfera.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İranda ölkə daxilindəki insanlarla mobil telefonlarla əlaqə yaratmağa çalışan şəxslər xəttin o biri başında qəribə səslə qarşılaşırlar. Mobil zənglər zamanı vətəndaşlar tanış səs əvəzinə, robot tonunda əvvəlcədən yazılmış müəmmalı bir mesaj eşidirlər.
Sfera.az xəbər verir ki, “CNN”in yayımladığı məlumata əsasən, xüsusilə xaricdən İrana edilən zənglərdə səsləndirilən bu mesaj belə başlayır:
“Salam, dinləməyə vaxt ayırdığınız üçün təşəkkür edirik”.
Daha sonra bu sözlər eşidilir:
“Həyat gözlənilməz sürprizlərlə doludur. Bəziləri sevinc gətirir, bəziləri isə çətinliklər yaradır. Əsas məsələ bu çətinlikləri dəf edəcək gücü özümüzdə tapmaqdır”.
Təxminən 90 saniyə davam edən mesajda dinləyiciyə gözlərini bağlayıb özünü sakit və xoşbəxtlik verən bir məkanda təsəvvür etməsi tövsiyə olunur.
Qeyd edək ki, bu mesaj yalnız mobil telefon zənglərində eşidilir. Sabit (stasionar) xətlərə edilən zənglər zamanı bu cür səsli mesaj müşahidə olunmur.
Ekspertlərin fikrincə, bu qeyri-adi mesajlar İran hökumətinin təhlükəsizlik məqsədilə internetə tətbiq etdiyi məhdudiyyətlərdən sonra geniş yayılmağa başlayıb. “WhatsApp” və digər mesajlaşma platformalarına çıxış dayandırıldıqda, xaricdəki iranlılar yaxınları ilə telefon vasitəsilə əlaqə qurmağa çalışıblar.
Bəsti Rəfizadə
Sfera.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.