AZ

Nyu-York İranın mümkün cavab hücumuna hazırlaşır

ABŞ-ın İranın nüvə obyektlərinə hücumundan sonra Nyu-Yorkda cavab zərbəsi ehtimalına qarşı tədbirlər həyata keçirilir.

Publika.az xəbər verir ki, bu barədə Nyu-York meri Erik Adams “NBC News”a açıqlama verib.

O qeyd edib ki, şəhər İranın qisas alması ehtimalına qarşı “həyəcan” vəziyyətindədir. Bu çərçivədə yəhudi və İran icmaları ilə əlaqəli, eləcə də Tayms Meydanı kimi daha izdihamlı ərazilərdə təhlükəsizlik tədbirləri artırılacaq.

Şəhərə birbaşa təhdid olmadığını bildirən Adams, hər ehtimala qarşı tədbir görülməsi lazım olduğunu bildirib. Həmçinin qeyd edib ki, səlahiyyətlilər ABŞ-da yerləşən şəbəkələrə İranın mümkün kiberhücumlarına qarşı ehtiyat tədbirləri görür.

Seçilən
5
publika.az

1Mənbələr