AZ

Yaponiyanın baş naziri NATO-nun Haaqa sammitində iştirakını ləğv etməyi planlaşdırır

Yaponiyanın baş naziri Şiqeru İşiba iyunun 24-25-də Haaqada keçiriləcək NATO sammitində iştirakını ləğv etməyi planlaşdırır.

Oxuməni.az “Kyodo News” və “Reuters”-ə istinadən xəbər verir ki, sammitdə Tokionu Yaponiyanın xarici işlər naziri Takeşi İvaya təmsil edəcək.

SMI televiziya şəbəkəsinin məlumatına görə, səfərin ləğvi alyans üzvlərinin Hind-Sakit okean regionunda NATO tərəfdaşları - Yaponiya, Avstraliya, Cənubi Koreya və Yeni Zelandiya ilə planlaşdırılan görüşünün sammit çərçivəsində baş tutmayacağı ilə bağlıdır.

Göstərilən digər səbəb Yaponiyanın baş naziri ilə ABŞ prezidenti Donald Tramp arasında gözlənilməz görüş perspektividir. Qeyd edək ki, bundan əvvəl Avstraliya və Cənubi Koreya liderləri də Haaqaya səfərlərini ləğv etmişdilər.

Almaz Həsənli

Seçilən
5
oxumeni.az

1Mənbələr