AZ

İran Rusiyadan nə gözləyir?

İran Rusiyadan ikitərəfli strateji tərəfdaşlığa əsaslanan rol oynamasını gözləyir.

Publika.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, regionda baş verən son hadisələr beynəlxalq arenada mühüm oyunçu kimi Rusiya üçün vacibdir.

Bəqai xatırladıb ki, İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi mövcuddur.

"Bizim bu ölkədən həm BMT Təhlükəsizlik Şurasında, həm də regional müstəvidə çoxtərəfli səviyyədə rolu ilə bağlı müəyyən gözləntilərimiz var", - diplomat bildirib.

Seçilən
2
1
publika.az

2Mənbələr